Reklam verin!

bayraqdar

Blog Haqqında

bayraqdar

Axtarış

Arxivlər

Keçidlər

Açar sözlər

Sayqaç

  • İndi blogda: 1
  • Keçən ayın hiti: 1517
  • Dünənki hit: 63
  • Bugünki hit: 62
  • Ümumi hit: 4782

AddThis Feed Button
Add to Technorati Favorites

Müxtəlif

Elçibəylə üz-üzə - Güntay Gəncalp

bayraqdar
Yanvar 12, 2008 4:37

Bakının dərinliyini axtarırdım. Yazarlarla, şairlərlə tanış olurdum. Bu tanışlıq sürəcində özünü peyqəmbər adlandıran və ATA ləqəbini seçmiş olan Asif Əfəndiyevlə tanış oldum. 8 ay onunla əlaqə saxladım. Maraqlı sözlər danışırdı. Demək olar ki, Asif Əfəndiyevin bütün əsərlərini oxudum. Asif Əfəndiyevin Nəsimi, Füzuli və təsəvvüflə bağlı söylədiklərinin heç bir epistemolojik tərəfi yox idi. Xüsusən Füzulini anlaya bilmədiyi üçün öz xəyallarını onun adına yükləyirdi, danışıqlarında və yazılarında. Demokrasini qəti şəkildə qəbul etmirdi, çünkü həm demokrasiyə, həm də dini iqtidara qarşı olaraq “ATALIQ” üsul idarəsini gəlişdirmişdi. Ata da xalq tərəfindən seçilmir, öz-özünə yetişirdi. Ancaq yetişmədiyi zaman toplumun necə idarə olacağı haqda da bir boşluq var idi Asif Əfəndiyevin siyasi fəlsəfəsində. Ayrıca iqtisadi proqramında da “minimal ekonomi” prinsipini dəyişilməz şərt kimi ilkələri içinə yerləşdirmişdi. Minimal iqtisadi sistemlə Erməni işğalının qarşısı necə alına bilər sualları cavabsiz idi, mərhumun görüşlərində. Gerçəkliklə bütün bağlarını qoparmış utopik bir dünya görüşü gəlişdirmişdi. Xüsusən Azərbaycan tarixini və tarixi evrələr içində musiqinin rolunu, evrim evrələrini anlaya bilmədiyi üçün musiqi ilə bağlı söylədikləri və yazdıqları da yalnız özünün gəlişdirdiyi fəlsəfənin özəlliklərini anlatmağa yönəlik idi. Yalnız Asif Əfəndiyevin rus dilində bir çox məlumata sahib olduğunu kimsə inkar edə bilməz. Bu bilgilərin fanatik prinsiplərə tabe tutulması bir başqa qonudur.


Asif Əfəndiyevlə bütün ilişkilərim kəsilmişdi. İç kontrolum yox idi. İç kontrolun olmamasının yaxşı və olumsuz tərəfləri var. Yaxşı tərəfi budur ki, bu iç kontrolu sağlamaq üçün daimi axtarışda və hərəkətdə olmalısan. Daimi hərəkət düşüncənin gerçək tərifidir. Hərəkət olmayan yerdə düşüncə mərkəzləşə bilməz. Düşüncənin mərkəzləşib dağılması və bu sürəcin peryodik şəkildə davam etməsi dialektiyin gerçək tərifidir. Ol səbəbdən də fikir adamları daimi bir hüzursuzluq içində olmuşlar.

Ruhən çox çətin durumda idim. Digər tərəfdən Bakıdakı iqtisadi gərginlik də bu ruhi gərginliyimə artırılmışdı. Kitab tapa bilmirdim oxumağa. Rus dilini bilməyən bir fikir adamı üçün Bakıda yaşamaq çox çətindir. Çünkü heç bir fikri qaynaq mövcud deyildir ana dilimizdə. Bu, məni çox üzən bir hadisə idi. Ömrümün mənasız, elmsiz və bilgisiz keçməsi ruhumu cəhənnəmə çevirmişdi. Böylə bir sarsıntı içində Bakıda fəaliyət göstərən Hind mədəniyətinin təbliğatçısı Krışnaistlərlə tanış oldum. Bütün Vedaları Azərbaycan Türkcəsinə tərcümə etmişlər. Bhaqvad-Qitanı pulsuz olaraq hədiyə etdilər mənə. Bu kitab olmasaydı, bəlkə də intihar edərdim. Həyatıma anlam qazandıran, ruhumu sakitləşdirən və içimə aydınlıq gətirən bu kitab oldu. Yoxsul bir məhəllədə həyatımı aydınladan Vedalar idi. Mahatma Qandi kimi bir ulu insanı yetişdirən Hind mədəniyətinə öz ruhumun və vicdanımın dərinliyində borcluluq və minnətdarlıq hissi daşıyıram. Bu gün keçmişimə baxarkən, düşünürəm ki, Krişnaistlər qədər bizim milli kimliyimizə xidmət edən az kəsim var. Hind mədəniyətini bizim dilimizə çevirib nəfis şəkildə çap etmələri türkçəmizə ən böyük xidmət olmuşdur.

Kitabı oxumağı özünə yasaq etmiş, onun-bunun 5-6 sözünü əzbərləyib özünü önəmli siyasətçi sayanlardansa Bakıda fəaliyət göstərən Krişnaistlər daha çox xidmət edirlər bizim milli dilimizə, milli kimliyimizə. Hind mədəniyətinin ana dilimizə tərcümə olması özü-özlüyündə dilimizin gəlişməsi baxımından çox önəmli bir hadisədir.

Daha sonra gecə gündüz içimə qapılıb Mövlananı, Füzulini, Hafizi, Əttarı və bu kimi mütəsəvviflərin əsərlərini oxuyurdum. Bakıda Türkiyəlilərin açdığı camilər mənim üçün çox faydalı oldu. Türk dilinə tərcümə edilmiş Şərqin böyüklərini demək olar ki, Türk camilərindən alıb oxudum. Türkiyədə dini təriqət olan Nurçuların da Bakıda kitabxanalarının açılması ayrıca bir fürsət oldu. Nurçuların kitabxanasında bolluca sosioloji və psikoloji kitablar var idi. Eyni zamanda İranın Bakıda açdığı kitab mağazasında da əski ədəbiyat mövcud idi. Bəlkə də İranın Bakıda gördüyü ən yaxşı iş o kitab mağazasını açmasıdır.

Dörd il həyatım bu şəkildə keçdi. Artıq yavaş-yavaş siyasi bilgilərimin də artmasına ehtiyac duymaqda idim. Bəzi yazılar yazırdım, ancaq heç bir qəzet çap etmirdi. Indi də çap etməzlər. Sanmıram gələcəkdə də çap etsinlər. Bakıdakı sosio-psikolojik mühit çox fərqlidir. Sosio-psokolojini zorlamaq olmaz. Yazılarımın yayınlanmaması məni hədsiz dərəcədə narahat edirdi. Çünkü toplumun içinə çıxmamış bir yazı tənqid də edilə bilməz. Təqdir və tənqid işığında yazıçı inkişaf edir. Qələm təcrübə qazanır.

1996-cı ildə bəzi qəzetlərdə kiçik siyasi yazılarım çap olmağa başladı. Xüsusən “Cümhuriyət” qəzetində “Güney Azərbaycan Türk Cümhuriyətinə Doğru…” başlıqlı bir neçə dizi yazılarım yayıldı. Bu yazıları Elçibəy də oxuyurmuş. Bir gün Cümhuriyət qəzetinin baş redaktoru Yadigar bəy Elçibəydən bir məsaj verdi mənə. Elçibəy “yazılarını diqqətlə oxuyuram və fikirlərin mənim üçün maraqlıdır”-deyə yazmışdı. Elçibəyin bu məsajı mənim üçün çox sevindirici oldu. Çünkü belə dəyərli bir insanın yazımı oxuması mənim üçün əlamətdar hadisə idi. Elçibəyin bir çox müsahibəsini oxumuşdum. Demək olar ki, Qəzetlərdə çıxan bütün müsahibələrini oxuyurdum.

1997-ci ildə Elçibəy Bakıya təşrif gətirdi. Bakının siyasi ortamı çox isinmişdi. Elçibəyin Bakıya gəlişi ilə Güney Azərbaycan məsləsi də ciddi şəkildə ictimaiyətə yerləşməyə başlayacaqdı. Hər zaman bu şəkildə olmuşdur. Böyük fikirlərin arxasında böyük bir liderin əxlaqı, mənəviyatı, inancı və iradəsi durmuşdur. Liderlər hər zaman yetişməzlər. Politikacı olmaq lider olmaq deyildir. Ümumiyətlə lider politikacı deyildir. Çünkü politikacı yalan danışa bilər, ancaq lider yalan danışmaz, xüsusən də öz millətinə heç bir şəkildə yalan deyə bilməz. Liderin böyük əxlaqı yalan danışmağı önlər. Elçibəyin Bakıya gəlişi ilə mənim də adım gündəmə girəcəkdi. İşi-gücü yalnız kitab oxumaq olan, yazdıqlarını heç bir yerdə çap etdirə bilməyən bir gənc adamın Elçibəy tərəfindən bu şəkildə təqdir görməsi əlbəttə sevindirici bir hadisə idi.

Elçibəy Bakıda yaşayan Güneylilərlə görüş təyin etmişdi. Mən də bu görüşə qatılırdım. Bunu mən istəməmişdim, Elçibəy istmişdi. Çünkü mənim elə bir istəkdə bulunmaq üçün səlahiyətimin olduğunu sanmırdım. Elçibəy bizim hər tək-təkimizi o uzun boyu ilə bağrına basıb öpürdü. Sadəcə əl görüşmürdü. Elçibəyin hüzurunda özümü güvəndə hiss edirdim. Həyatımda ilk dəfə idi bu qədər dərin bir mutluluq və arxayınlıq içində idim. Mən bu mutluluğu və güvəni yalnız kitablarda oxumuşdum. Elçibəy BÖYÜK insan idi. Böyüklük nədir? Biz özümüzdə olan özəllikləri başqasında gördüyümüz üçün ona böyük demirik. Böyük insan o kəsdir ki, onda olan özəllik bizdə yoxdur. Ancaq olmasını arzu edirik. Elçibəy də bu arzu etdiyimiz böyüklük var idi. O üzdən də Elçibəy böyükdür və onun böyüklüyünün aydınlığı hər zaman Türk millətinin yoluna işıq saçacaqdır.

Elçibəylə görüşdüyümdə özümü təqdim edərkən, mənə “Sənin qələminə böyük hörmətim var”- dedi. Bu söz mənim çox dərinliyimə yeridi. Ən çox sevdiyim sözdür. Uzun zaman idi sanki bəklədiyim bir cümlə idi. Söhbət zamanı Elçibəyin vücudundan qaynaqlanan güvən və sevgi duyğuları hamımızın ruhumuzu sarmışdı. Sankı Birləşmiş Azərbaycan vətəninin arxayınlığı içndə hiss edirdik özümüzü. Elçibəyin sifətindən, davranışlarından, baxışından qaynaqlanan işıq bizə rahatlıq verirdi. Böyük bir mücadiləyə girişimiz üçün güvən qaynağı idi Elçibəy.

Bütöv Azərbaycan Birliyi quruldu. Hər həftə keçirilən toplantılarda demək olar ki, mən məruzəçi kimi çıxış edirdim. Xüsusən bəzi tarixi hadisələrlə bağlı Elçibəy özəlliklə məni görəvləndirirdi məruzə üçün. Bu da mənim üzərimə böyük məsuliyət yükləyirdi. Yüzlərcə professorun, elmlər namzədinin önündə çıxıb məruzə eləmək asan iş deyil. 1998-ci ildə 18 fevral (29 bəhmən) hadisəsi ilə bağlı məruzəçi kimi danışdım. Bu məruzələrin hamısı video-kasetə alınırdı. Mənim məruzəmə bir çox etirazlar gəldi. Bu etirazların bir çoxunun qısqanclıqdan olduğunu bilirdim. Mən bu məruzəmdə İslam sonrası farsların fars milliyətçiliyi mərkəzli islam arayışlarından danışmışdım. Adətən hər bir məruzənin sonunda Elçibəy danışar, yekun sözü söylərdi. Bu məruzənin də sonunda Elçibəyə söz verildi. Elçibəyin söylədiyi ilk söz bu oldu: “Bəylər, etirazlarınız yanlışdır. Güntay bəyin bu məqaləsi dərgilərdə çap olmalı və tarix institutlarında öyrənilməlidir. Güntay bəyin baxdığı bucaqdan İslam sonrası tariximizə baxmalıyıq”-dedi. Elçibəyin bu sözləri hər kəsi yerində oturtmuşdu. Sonra da sözlərinə davam elədi…

1997-ci ilin 21 Azər ildönümündə də məruzəçi mən idim. Məruzəmi bitirdikdən sonra Hüseyn Cavidə həsr etdiyim bir şeirimi böyük bir coşqu ilə oxudum. Elçibəy ön sırada oturmuşdu. Şeirimi oxuyarkən Elçibəyin gözlərindən axan yaşı gördüm. Başqaları görməsin deyə əli ilə yanaqlarını görünməz hala gətirmişdi.

Bu şəkildə mutlu bir həyatımız davam edirdi. Elçibəylə birlikdə yaşayırdıq millət olaraq. Elçibəyin varlığı həyatdakı əksikliklərimizi unutdurmuşdu.
2000-ci il fevral ayının 25-də Azəri-Türk Qadınlar Təşkilatının başqanı Yazıçılar Birliyinin Natəvan klubunda elmi konferans düzənləmişdi. Mövzunu mən özüm təyin etmişdim: “Millət-din-dövlət”. Tək məruzəçi də mən idim. Məruzəm bitdikdən sonra indi parlamentoda millət vəkili olan birisi mənə çox qaba şəkildə “niyə çıxıb orda monoloq söyləyirsən?!”-deyərkən, Elçibəy üzünü adama tutub “hünərin var sən də çox belə bir monoloq söylə sənə də qulaq asaq”-deyə yerində oturtdu. Mənim oradakı məruzəmdən sonra Türkiyə dövləti Bakıda görəvli olan Diyanət İşlərinin təmsilçisini görəvindən almışdı. Məruzəmdə Türkiyənin Azərbaycanda yanlış dini politika yürütdüyü haqda bilgi vermişdim.

Bu şəkildə enerjili bir həyatımız davam edirdi. Ancaq bu mutluluğun ömrü çox olmadı. 2000-ci il Avqust ayının 22-də Elçibəy Ankarada vəfat etdi. Ölüm xəbərini duyarkən dünya başıma daraldı. Bütün Azərbaycanlıların evində əziz bir insan ölmüşdü. İnsanların bu qədər sədaqətlə ağlamasına tanıq olmaq da gözəl bir şeydi. Elçibəy ölmüşdü. İçimə qorxunc bir umutsuzluq çökmüşdü. Gözlərimin yaşını tuta bilmirdim. Ən çox da tənhalığımda ağlayırdım. Bu sətirləri yazarkən də göz yaşlarımı tuta bilmirəm. Hər zaman Elçibəyi anarkən göz yaşlarım sel olub axıb gedir. Boyunumda bir dostluq, bir vəfa borcu var. Elçibəy vəfası. Sevirəm vətənimi, Elçibəyi yetişdirən millətimi, vətənimi sevirəm.

Elçibəyin vəfatından sonra yuxularıma qarışan gərginlik səbəbilə olsa gərək, ard-arda Elçibəyi yuxuda görürdüm. Bir dəfə Elçibəyin evində yalnız ikimiz idik. Müxtəlif mövzulardan danışdıq. Söz gəldi insanın iç dünyasına, mənəviyata və yuxulara. Elçibəy dedi: “Cavanlığmda bir yuxu görmüşdüm. Heç kəsə deməmişəm. Sənə deyirəm, ancaq sən heç kəsə demə.” Mən də heç kəsə demədim. İndi də demirəm Elçibəyin yuxusunu.

Ancaq Elçibəyin ölümündən sonra eyni yuxunu mən də gördüm. O yuxunu Elçibəylə aramızda olan sir kimi anladığım üçün özüm gördükdən sonra da kimsəyə demədim. Deməyəcəyəm də, bəlkə gələcəkdə, yüz illər sonra yurdumuzda başqalarının da yuxusuna girər o hadisə.

Ancaq yuxularımın birini burda yazacağam: “Kəndimizdə evimizin üstünə çıxmışam və Savalanın zirvəsinə, qarlı zirvəsinə baxıram. Elçibəyi zirvədə qarın içində görürəm. Savalanın zirvəsindəki qar əridikcə Elçibəy də əriyib, axırdı. Qar sularının vardığı yerdə bağ-bostan gövərirdi. Elçibəyin ruhu Azərbaycanın torpaqlarına hopur, bar-bərəkət gətirirdi.”


Bookmark and Share

Şərhlər(6)
145 oxunma
Bölməsiz

Tanrının sevdiyi bəndə

bayraqdar
Dekabr 17, 2007 13:23

Ömrü boyu Təbriz yanğısını ürəyində gəzdirən Əbülfəz Elçibəyi Güneydə belə adlandırırlar

Dünyada ölümü ilə ölümsüzlük qazanan şəxsiyyətlər çox olub, ancaq ölümündən sonra da öz ideyası ətrafında milyonları birləşdirənlərlə az-az rastlaşmaq olar.

Tale heç olmasa bunda Azərbaycan türklərinin üzünə baxıb və 50 milyonluq bir xalqa bir ƏBÜLFƏZ ELÇİBƏY bəxş edib. O Elçibəyi ki, BÜTÖV AZƏRBAYCAN ideyası ilə həm özü ölümsüzlük zirvəsinə yüksəldi, həm də xalqına bu ideya uğrunda vuruşaraq tarix səhifəsində alnımıza yazılmış qara ləkəni təmizləmək imkanı verdi.
Bu imkandan nə qədər bacarıqla yararlanmamızdan söhbət açmayacağıq, onsuz da bu barədə danışa-danışa İrəvan, Dərbənd, Təbrizdən sonra Qarabağ ləkəsi ilə onu daha da silinməz etmişik. Amma yenə də ümid edək ki, gün gələcək və biz bu ləkənin ağırlığına tab gətirməyin nə qədər şərəfsiz olduğunu hamılıqla dərk edəcəyik. Bax, o vaxt Əbülfəz Elçibəyin BÜTÖV AZƏRBAYCAN ideyası öz ölümsüzlüyündən bizlərə də bir pay verəcək. Hələlik isə bütövlüyün Güneydən görünən tərəfləriylə sizi tanış etmək istəyirik.

Arazın iki tayında
da sevilən Elçi

Tarix boyu Azərbaycanın döyüşən qolu olan Təbrizdən bir qədər Güneydə yerləşən kiçik bir kənddə-Türkmənçayda sənədləşdirilən ayrılıq dərdi indi Güneylə Quzeyin bütövlüyü yolunda tikanlı çəpərə çevrilib. Ancaq ətrafında birləşəcək bir ideya olduqdan sonra sərhədlərə dönmüş tikanlı məftilləri sökməkdən asan nə var ki?! Necə ki, ötən əsrdə o taylı-bu taylı Azərbaycan türkləri bir-birlərinin ürəyindən keçənləri oxuyurmuş kimi bir gündə Araz sahilinə axışaraq həmrəy olduqlarını bütün dünyaya sübut etdilər. O dünyaya ki, pıçıltıyla söylənən həqiqətləri qulaqardına vurmağa adətkərdə olub və bölünmüş bir xalq olaraq biz öz dərdimizi artıq pıçıltıyla yox, hayqırtıyla anlatmalıyıq. Bəlkə dünyanın kar olmuş qulaqları hayqırtımızdakı böyük həqiqətin heç olmasa kiçik bir hissəsini duymaq cəsarəti göstərsin.
1988-ci ildən Arazın bu tayında başlayan Milli Azadlıq Hərəkatı tez bir zamanda Güneyə də sirayət etdi. Təsadüfi deyil ki, “Güneyin istiqlaliyyəti Quzeyin müstəqil və güclü dövlət olmasından keçir” deyə düşünənlər soydaşlarının bu imkandan bacarıqla yararlanacığını düşünürdülər. Əslində, fikirlərində yanılmadılar, Azərbaycan Respublikası dövlət müstəqilliyi qazandıqdan sonra Güneydə də milli-azadlıq mübarizəsi yeni mərhələyə qədəm qoydu. Əslində mübarizə həmişə vardı və zaman-zaman açıq müstəviyə keçməsinə baxmayaraq, XIX əsrin əvvəllərində iki ölkənin maraqlarına qurban getmiş Bütöv Azərbaycanı bərpa etmək mümkün olmurdu.
Bütövləşmək imkanını xalqımız bir neçə dəfə öz qanıyla yenidən əldə etsə də, sonucda dünya dövlətlərinin toqquşan maraqları hər dəfə bu imkanı əldən buraxılmış fürsət kimi sonradan xatırlamamıza səbəb olub. İlk dəfə 1918-1920-ci illərdə Quzey Azərbaycanda Məhəmməd Əmin Rəsulzadənin başçılığı ilə yaradılan Demokratik Respublika, Güneydə isə Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Azadistan yaradılması uğrunda gedən mübarizə ayrılıqdan sonra bütövlük yolunda atılan ilk ciddi addım idi. Həmin dövrdə baş verən hadisələrlə yanaşı Güneydə milli hökumət yaradılması üçün yetərli olmayan qüvvə, Quzeydə isə kommunist işğalına məruz qalan ADR Bütöv Azərbaycan ideyasını gerçəkləşdirmək hədəfinə yetişməməyimizə səbəb oldu.
1945-1946-cı illərdə Güney Azərbaycan Milli Hökumətinin yaranması bütövlüyə aparan addımlardan ən önəmlisi hesab edilə bilər. Güneydə Seyid Cəfər Pişəvərinin başçılığı ilə yaradılan Milli Hökumət Quzeyin sovet hakimiyyəti illərinə təsadüf edir. Arazın hər iki tayının bir dövlətdə birləşməsi fürsətini də əldən buraxdıqdan sonra 80-ci illərin sonuna bütöv bir dövlət olmaq ideyası həm Güneydə, həm də Quzeydə ancaq məxfi toplantılarda və gizli şəkildə müzakirəyə çıxarıldı. 1988-ci ildən sonra isə Quzey Azərbaycanda başlayan milli-azadlıq hərəkatı bu ideyanın yenidən, bu dəfə açıq şəkildə gündəmə gəlməsini şərtləndirdi. Əlbəttə, burada şəxsiyyət fenomeni də az rol oynamadı. Bütöv Azərbaycan vətəndaşı olmağı özünün ən böyük arzusu hesab edən Əbülfəz Elçibəy bu tayda olduğu kimi, o tayda da eyni məhəbbətlə qarşılandı. Bəy içindəki Təbriz yanğısını söndürmək üçün göstərdiyi cəhdlərin heç birindən razı qalmırdı.

O, Təbrizi ürəyində
daşıyırdı

Kiçik bir haşiyə çıxmaq istəyirəm. 1996-cı ildə Əbülfəz bəylə toplantıların birində görüşdük. Məni ona təqdim edən yoldaşımla söhbətə başlayan Bəyin sözünü birdən-birə yarımçıq kəsərək “Təbrizdən gəlmisiz?” deməsiylə məni qucaqlaması bir oldu. Həm də bu elə anidən oldu ki, baş verəni nə yoldaşım, nə də mən anladıq. “Təbrizə getmək mənim ən böyük arzumdur. Ancaq istəmirəm ki, mən gedib orda çıxış edim, fars də gəlib desin ki, danışma” deyərkən səsindəki hüzn və qəzəb dolu titrəyişi bu günə qədər unuda bilmirəm. Ötən əsrdə Bütöv Azərbaycan ideyasının siyasi müstəviyə çıxarılmasının təşəbbüskarı kimi çıxış edən Əbülfəz Elçibəy ideyası qısa müddətdə Güneydə özünə çoxlu sayda tərəfdar topladı. Milli-azadlıq hərəkatının geniş vüsət alması və sərhədlərin sökülməsindən sonra Güney-Quzey əlaqələri yaranmağa başladı. Hər gün Təbriz, Culfa, Ərdəbil, Meşkin, Biləsuvarda gizli yollarla sərhəddi keçib Quzeyə üz tutanlar az deyildi. Bütöv Azərbaycan ideyasının gerçəkliyə uyğunluğundan asılı olub-olmamasına rəğmən güneyli soydaşlarımız burdan özləri ilə bərabər bir şəxsiyyət də aparırdılar-Əbülfəz Elçibəyi. Elə həmin dövrdən başlayaraq Güneydə Bəylə tanışlığın ilk təməli qoyuldu. Onun məqalələri, çıxışları əldən-ələ gəzdi. Kiril əlifbasında köhnə “maşinka”da yığılan bu çıxışların üzünü ərəb əlifbasında köçürmək nə qədər çətin idisə, onları xalq arasında yaymaq daha çətin idi. Kiril əlifbasını bilənlərin sayının azlığı, bilənlərin də əksəriyyətinə etibar edilməməsi Elçibəy ideyalarının yayılmasının qarşısını ala bilmədi. Həmin vərəqələr gec də olsa, milli düşüncəyə malik olan hər bir güneylinin əlinə çatırdı və onlar BÜTÖV AZƏRBAYCANI öz möhtəşəmliyi ilə dərk etmək imkanı qazanırdılar. Həmin günlər Təbrizdə baş verənləri hazırda Avropada yaşayan soydaşlarımızdan biri-Mehdi Əlizadə belə xatırlayır: “Dostlardan biri 1989-cu ilin sonlarında Culfaya getmişdi. Doğrudur, onu sonradan şəhərdə tutub İran tərəfinə təhvil vermək istəsələr də, nədənsə bunu etməmişdilər. Təbrizə qayıdanda özüylə bir neçə yazı da gətirmişdi. Ermənilərin əməllərindən az-çox xəbərimiz vardı. Bizə deyəndə ki, Əbülfəz bəyin mitinqlərdəki çıxışlarıdır, əvvəlcə inanmadıq. Sonradan onların üzünü köçürmək üçün adam tapmaq müşkülə çevrildi. Təbrizin “Gülüstan” bağında Pişəvəri hərəkatının iştirakçılarından biri, bir müddət Bakıda yaşamış bir qoca vardı. Çoxları onu dəli hesab edirdi, odur ki, artıq onunla işləri yoxuydu. Onu məsləhət gördülər, kağızları ona verib, üzünü köçürməyi xahiş etdik. Bir neçə min tümənə razılaşdıq. Dedi ki, elə burda, bağda oxuyum, siz yazın. Elə birinci cümləsini oxumuşdu ki, ətrafına baxıb “burda olmaz, axşam evə gələrsiz” deyib uzaqlaşdı. Ev adlandırdığı yerdə ən azından 10-12 nəfər yaşayırdı. Kağızları oxuyub kimin yazdığıyla maraqlandı. Elçibəydən ona da danışdıq, Allaha şükür etməyə başladı. Yazıq qoca elə sevinirdi ki, elə bil 45-ci il geri qayıtmışdı. Nə qədər israr etsək də, razılaşdığımızın əksinə olaraq, bizdən bir tümən də almadı”.

Elçibəy məhəbbəti ürəklərdən silinməz

Elçibəyin hakimiyyətə gəldiyi dövr isə İran rejiminin ən çox narahatlıq keçirdiyi dövr kimi xarakterizə oluna bilər. Bir illik hakimiyyəti dönəmində Azərbaycanla İran arasında iqtisadi əlaqələri inkişaf etdirmək üçün yaradılan komissiya da qarşı tərəfin narahatlığına son qoymadı. İranla imzalanan 650-dən artıq sənəd də siyasi əlaqələrdəki gərginliyi azaltmadı. İran mətbuatında Elçibəy əleyhinə yazılan sifarişli yazıların ardı-arası kəsilmirdi. Rejimin təbliğatını puça çıxarmaq məqsədilə Təbrizdə “Elçibəyi tanıtım qrupu” yaradıldı. Azərbaycan-İran münasibətlərindəki gərginliyin ancaq Güney Azərbaycan məsələsinin həllindən sonra aradan qalxacağını vurğulayan Əbülfəz Elçibəy hakimiyyətdə olan qüvvənin kimliyinin bu məsələdə önəmli rol oynamayacağını bildirirdi.
“Elçibəyi tanıtım qrupu” fars təbliğatının qarşısını almaq üçün Bəyi Güneydə tanıtmaq məqsədini qarşıya qoymuşdu. Bəlkə də əvvəllər bu işin onlara nəyin bahasına başa gələcəyini düşünmürdülər, lakin fəaliyyətlərinin ilk günlərində çətinlikləri dadmalı oldular. 12 nəfərdən ibarət olan qrup Təbriz, Urmiya, Ərdəbil və başqa Güney şəhərlərində olduğu kimi, nə qədər təəccüblü olsa da, Tehranda da iş görmək arzusunda idi. Həm də təkcə arzuyla kifayətlənməyib, əməldə də bunu həyata keçirirdi. Onlardan biri, hazırda Təbrizdə yaşayan Vətənyarın dediyinə görə, ETTELAAT vəziyyətdən vaxtında duyuq düşmüşdü: “Əslində, ETTELAAT heç vaxt gecikmir. O vaxtlar isə indikindən fərqli olaraq, daha səbirsiz idi. İndi gözləməyi bacarır, daha doğrusu, buna adət edib. İndi milli-azadlıq hərəkatı nisbətən açıq müstəviyə keçib, 1990-cı illərdə isə hər şey gizli idi. Elçibəyin bütöv Azərbaycan ideyası əslində, çoxlarının düşündüyünü ifadə edirdi. Elçibəy fenomeni Güneydə təsiredici qüvvəyə malik idi. Hərəkata cəlb edilənlərin böyük əksəriyyəti məhz onun çıxışlarını oxuduqdan sonra Güneyin azadlığı uğrunda mübarizəyə qoşulmuşdular. Elçibəyin prezident olduğu vaxtlar İran onun hər çıxışını diqqətlə izləyirdi, elə bil sətiraltı mənanı qaçıracaqlarından qorxurdular. Ona qarşı nə ittihamlar irəli sürmədilər ki? İranı parçalamaqdan tutmuş gənclərin islam ruhunda tərbiyəsinə ziyan vurmasına qədər hər cür fikirlər səsləndirirdilər, həm də dövlət rəsmiləri səviyyəsində”. Vətənyarın dediyinə görə, bunun qarşısını almaq üçün Elçibəyin islam dininə olan münasibəti ilə soydaşlarımızı tanış etmək qərarına gəliblər. Min bir əziyyətlə Bakıdan gətirdikləri yazıları, və “Bu mənim həyatımdır” kitabının üzünü köçürüb dərnəklərdə, təşkilatların toplantılarında yaymağa başlayıblar. Ancaq bu fəaliyyət də uzun sürməyib. “Elçibəyi tanıtım qrupu”nun bir neçə üzvü siyasi fəaliyyətinə görə həbs edilib, pantürkist adıyla həbsxanaya salınıb.
Ancaq heç bir şey Elçibəy məhəbbətini ürəklərdən silməyə qadir olmayıb...
ƏMİR TURQUT

Bookmark and Share

Şərhlər(0)
131 oxunma
Bölməsiz

Bütöv Azərbaycanla bağlı düşüncələr

bayraqdar
Dekabr 17, 2007 1:26

Azərbaycan və Azərbaycan Türkləri bölündü,iki imperiyanın tərkibinə qatıldı.Onların birləşmək uğrunda nəinki çarpışmalarını,hətta diləklərini də həmin imperiyalar insafsızcasına boğdular.
   Almaniya və almanlar da bölündülər və elə həmin gündəcə bütövləşməyə girişdilər.Sonunda,Helmut Kol adlı bir kanslerin dövründə istəklərinə yetişdilər və onu ulusun ən sevimli adamına çevirdilər.
   Azərbaycanda da iki yüz illik birləşmə savaşının başına Əbülfəz Elçibəy adlı bir ulus oğlu keçdi.Ancaq ilgincdir-gördüyü işə görə Helmut Kolu coşğunluqla alqışlayan bir sıra soydaşlarımız  eyni görəvi üstlənmiş Bütöv Azərbaycan düşüncəsinin bayraqçısı və Bütöv Azərbaycan Birliyinin başçısı Elçibəyi xəyalsevər və romantik saymağa başladı.Kim bilməsə də mənə Bəyin tələbəlikdən bugünədək sürən BÜTÜN faciə və müsibətlərinin özəyində ulusumuzun və Yurdumuzun bütövlüyünü gerçəkləşdirmək yolunda mübarizəsinin dayanması bəllidir.
   Bu da gün kimi aydındır-nə qədər ki dünya xəritəsinə Bütöv Azərbaycan dövlətinin sınırları çəkilməyib,Əbülfəz Elçibəyin bu QUTSAL DİLƏK uğrunda çarpışması sürəcək.

  “Azərbaycanın yüz illərlə bölünmüş,dağıdılmış cisminin bütünlüyü qutsal diləyimdir”

-   Bütöv Azərbaycan uğrunda mübarizə Əbülfəz Elçibəy üçün nə deməkdir – yaşamının anlamımı,yoxsa siyasi çarpışmasının sıradakı keçidlərindən birimi?
-   Bütöv Azərbaycan uğrunda mübarizə yaşamımın anlamıdır.Azərbaycanın yüz illərlə bölünmüş,dağıdılmış cisminin bütünlüyü qutsal diləyimdir.
   Ruhi baxımdan Azərbaycan həmişə bütöv olub.Bunun çox sıradan örnəkləri var.Azərbaycanın quzeyində öyrəndiyimiz tarix və ədəbiyyatda heç zaman ayrılmamışıq.Şah İsmayılı həm dövlətimizin böyük xaqanı,həm böyük sərkərdəmiz,həm də böyük şairimiz kimi öyrənmişik.Yaxud Təbriz neçə-neçə dövlətimizin paytaxtı olub və biz onun tarixini öyrənmişik.Ağqoyunlu,Qaraqoyunlu,Elxanlılar,Atabəylər dövlətlərini biz öz dövlətimiz sayırıq.Babək Xürrəmli Ərdəbilin Bilalabad obasındandır,onun Bəzz qalası da Savalandadır.Azərbaycan yalavacı Xızır yalavacın yurdu da Savalandır;bütün tarix kitablarında onun Savalanda mağaraya giribən atını çəmənliyə ötürdükdən sonra qeybə çəkildiyi yazılıb.
   Azərbaycan bizim bütöv,tək Yurdumuzdur.Ruhi və mənəvi baxımdan bölündüyümüzü heç heç cür düşünmürük.Mirzəli Möcüzü də öyrənirik,Şəhriyarı da.Xaqanı deyək ki,Quzeydə doğulub,Güneydə vəfat edib,Təbrizin Surxab qəbiristanlığında dəfn olunub.Buna görə də biz mənəvi-mədəni yöndən birik – heç nə bölünməyib.Mən rus imperiyasıyla Qacarlar dövləti (onlar Türkdülər) arasındakı savaşda Qacarların uduzaraq ölkənin bir bölümünü Rusiyaya güzəştə getməyə məcbur olmalarını fiziki anlamda götürürəm.Sonra da itirdiklərini geri qaytarmaqçün savaş etdilər,ancaq qaytara bilmədilər.
   Bölmək Rusiyanın siyasətidir.Ruslar sonralar Almaniyanı,Koreyanı,Vyetnamı da elə bölmüşdülər.Dünyanın bölünmüş dövlətlərinin çoxunda Rusiyanın əli var.Türkmənistanın özü də bölünərək yarısı Xorasanda qaldı;indi Xorasanda 2 milyon Türkmən yaşayır.Yaxud Özbəkistanı götürək – Özbəklərin torpaqlarını Qazaqstana verdi.Bunlar istənilən anda yağıçılıq yaratmaqçün edilən gedişlərdi.
   İndi rus imperiyası çöküb,dağılır.Haqq-ədalət öz yerini tapır.Onun gördüyü işlər tarixin təbii gedişinin zorlanmasıydı.Ancaq tarixin bir ədalət yasası da və gec-tez bu yasa öz yerini tapır.Biz məhz tarixi ədalətin bərpası uğrunda mübarizə aparırıq.Az qan tökülməklə,fəal mübarizə aparmaqla Azərbaycanın öz bütövlüyünü əldə etməsinə çalışırıq.
   Biz öncə də bu yolda mübarizə aparmışıq.Onu genişləndirmək fikrimiz vardı,ancaq sonra ehtiyat etdik.1989-da sınırları,bu dəmir pərdəni dağıdandan sonra hərəkatı gücləndirərək Güneyi də qaldırmaq istədik.Bu həyəcanlar Təbrizdə də vardı,başqa şəhərlərdə də;onu gücləndirib ulus üsyanına çevirmək olardı,ancaq sonra bu üsyanı yönəltməyin çətin olduğunu düşünərək dərinə getmədik.O zamanlar sizin yadınızdadır.Mən meydanda dəfələrlə “Bu gün Azərbaycan elə qüdrətlə ayağa qalxıb ki,bu hərəkat bütün Rusiyanı,Türküstanı bürüyəcək,çox çəkmədən Türküstanda da dövlətlər bağımsız olacaq” deyirdim.Buna çox gülməli sözlər kimi baxırdılar.Sonunda,elə də oldu,ancaq,təəssüf ki,orada hərəkatın qarşısı alındı.
   Mən öncədən – şüurlu yaşama başlayanda toplumla tanışlıqdan bizim bugünün yox,200-300 ilin yaralısı olduğumuzu duydum.200-300 ildir bizi xəncərləyirlər və biz bu yaraları sağaltmalıyıq.Sağaltmağınsa bircə yolu var – rus imperiyasından qurtulmaq.Sonra da fars şovinizmindən xilas olmaq.Bunları edəndə bütövləşmə məsələsini yoluna qoyarıq.Bu mübarizə sürəcək,çünki tarixin hökmüdür.
-   Bəy,bu yaxınlarda mən sizin məhkəmənizlə bağlı materialları əldə etdim.Orada istər sizin əleyhinizə olan,istərsə də sizin məhkəməyə verdiyiniz ifadələrdə bütün düşüncələrinizin ana cizgisini Azərbaycanın birləşdirilməsi zəruriliyi təşkil edir.
-   Düzdür.İstəyirsinizsə mən hazırladığım sənədin başlığını da deyim,çünki bu başlığın təmiz Türkcə olmasını istəmişəm: “Azərbaycanın birləşdirilməsi üzərində düşüncələr”.Bunun bir bölümü ələ düşdü – qaralama bölümü.Başlıca bölümünü isə o zaman yandırdım.Bunları “Bütöv Azərbaycan Yolunda” kitabında yazmışam.
   Orada sənəd çoxdu.Məni izlədiklərini bilirdim,ona görə də bunları cırsaydım tapıb bərpa edə bilərdilər.Yandırdım,külünü mənimlə bir otaqda yaşayan dayım oğlu Seyfəddinə verdim ki,apar,at.Nələri yandıracağımı bilirdim.Onlardan biri proqram sənəddi – Azərbaycan necə birləşə bilər,biz nələri etməliyik,nələri qurmalıyıq?
-   Ümumiyyətlə,bu düşüncə sizdə aşağı-yuxarı haçandan yaranıb?
-   Pis çıxmasın,7-8 yaşım olanda.1946-nın dekabrında bir gecə qapımızı döydülər.Atam savaşa gedib,evdə mənəm,bir də anamdır,qardaşlarım dayımgildədir.Yəqin 21 Azərdən sonra olmuşdu.
   Qapı döyüləndə anam bu gecə çağı kim olduğunu soruşdu.Bir qadın “Bacı,qorxma,aç,sözüm var” deyə cavab vedi.Qapını açdıq,içəriyə qadın,qaynı,iki də uşağı girdilər.Qışdı,soyuqdu.Arazdan keçdiklərini dedilər;ancaq yaş deyildilər,sadəcə,qarın nəmi vardı.Gələndə çox oba keçmişdilər.
   Keçib sobada qızındılar.Çay içdilər.Uşaqlar çörək yedi və b.Qadın ərini qardaşının öldürdüyünü dedi.Demək,biri hökumətdən imiş,o biri devrimçilərdən.Hökumətdəki “Bacımın da başını kəsəcəyəm,uşaqların da” deyibmiş.Qadın da bunu eşidib qaynının yardımıyla uşaqları da götürərək aradan çıxır.
   Qadının qaynının 40-45 yaşı olardı.Ona başqa otaqda yer düzəltdik,yatdı.Bu qadın uşaqlarıyla bizim otaqda qaldı.İki gün bizdə gecələdilər.Üçüncü gün hökumət gəlib apardı,canları qurtardı.Onda anam orada (əliylə Güneyi göstərir – Ə.T.) qardaşın qardaşı öldürdüyünü dedi.Sonra mən onların gəlməsinin,qardaşın öz qohumunu öldürməsinin nədəniylə ilgiləndim.Anam bilmirəm dedi.Yaşa dolduqca bu haqda ətraflı öyrəndim.
   Ordubadda orta məktəbin səkkizinci sinfində oxuyanda bizi sınırçılara yardımçün sınıra apardılar.Sınırın o tayındakı bir oğlana bizim uşaqlar daş atanda mən dalaşdım – düşündüm ki,biz bağımsızıq,onlarsa zülm altındadır.Bu söhbət müəllimlərə də çatdı.Onlardan biri “Əbülfəz düz edir – onlar bizim qardaşlarımızdır” dedi.
   Biz o zaman belə söhbətlər edirdik.Doqquzuncu sinifdəykən tarix müəllimindən Azərbaycanın bölünməsinin nədənini soruşdum.Bir az izah etdi.Sonra eşiyə çağırıb “Belə suallar verib məni xatay salma – bu başqa məsələdir” dedi.
   Onuncu sinifdə yataqevində qalanda bu dartışmalar bir az da genişləndi.Devrimdən az - çox bilirdik,Pişəvərini də tanıyırdıq.Buradakı ortam Güneyi tez-tez yada salırdı.İkinci kursda olanda məndə bu ilgi daha da gücləndi.Məhz bu kursdan artıq beynimdə Azərbaycanın birləşməsi,ideya,məfkurə kimi yerləşdi.
-   Bu yaxında – noyabrın 26-sında “525-ci qəzet”ə müsahibə verən İran mədəniyyət nazirinin müşaviri deyir:”Azadlıq meydanındakı mitinqlərdə keçmiş prezidentiniz (Ə.Elçibəy – Ə.T.) “camaat,dağılmayın,Təbriz məsələsini də həll edib gedək” deyirdi.Sanki,Təbriz məsələsi “Azadlıq” meydanında həll olunmalı imiş”.Bu fikrə və buna bənzər fikirlərə baxışınız?
-   Bunu meydanlarda olanlardan soruşmaq gərəkdir.Meydan bəzən saatlarla “Təbriz”,“Təbriz” deyə bağırırdı.Niyə yadlarından çıxıb? Bütün Meydan Dərbənd,Təbriz,Göyçə... adlarını çəkirdi.
Maday:
-   Sizcə,Azərbaycanın bütövləşməsi hansı mərhələlərdən keçəcək və onu necə təsəvvür edirsiniz?
-   Bunun necə baş verəcəyini qabaqcadan demək mümkün deyil.Burada bir neçə yol,üsul var.Bizim düşüncəmizcə,Azərbaycan xalqının azadlıq əzmini səfərbər etmək,bir məcraya yönəltmək mümkün olardısa ən yaxşı budur.Quzeydəki dövlətimiz güclənsin,bağımsızlığı dönməz olsun,getmiş torpaqları geri qaytarılsın.Bu iş bir yandan,Güneydə ulusal bağımsızlıq hərəkatının genişlənməsi və bir dövlətin də yaranması başqa yandan getsin.Sonra bu iki tərəf arasında birləşmənin yolları bəlirlənsin ki,bu iş böyük çaxnaşmalarla baş verməsin.İndiki aydınlar,siyasətçilər,politoloqlar daha çox bu varsayımı önə çəkirlər.Bu,ən düzgün yoldur.
   Özgə seçənək Güneydə bağımsızlıq hərəkatının başlaması ola bilər.Quzey də bu işə qoşular,sonucda birləşmiş tək dövlət yaranar.Bu seçənəyə çox ehtiyatlı,hətta qorxulu da demək olar,çünki Azərbaycanın Güneyində başqaldırı və devrim sonucunda dövlət qurulması çox ağır prosesdir.Ancaq olası seçənəkdir.
   Mənim varsaydığım ən düzgün,səssiz seçənək Quzeydəki dövlətin möhkəmlənməsi,güclənməsi,Güneydə yeni dövlətin yaranması və sonradan bunların arasında danışıqlar aparılıb birləşdirilməsidir.Bu seçənək Vyetnam,Yəmən,Koreya və Almaniya tipinə bənzəyir,ancaq Vyetnam tipini (savaş sonucunda birləşməni) diləmirik.Bizim dilədiyimiz – dediyim seçənəkdir,ancaq tarix bizim diləyimizdən asılı deyil – ertəsi gün nə olacağını heç kəs deyə bilməz...
-   Güneydə əhalinin siyasətdən uzaq yüksək qatları arasında belə bir düşüncə var ki,onsuz da,İranda yönəldim Türklərin əlindədir və burada bağımsız Azərbaycan dövləti yaratmağa gərək yoxdur;bundansa Quzey Azərbaycan gəlib bizə birləşsin,tək dövlətimizi yaradaq.Bu ideyaya baxışınız?
-   Bunu deyənlər paniranistlərdir,fars şovinistləridir,ya da onların təsiri altında aldananlardır.Bütün paniranistlər Türkün bağımsızlıq savaşının başladığını və qarşısıalınmazlığını anlayırlar.Ulusumuzun da sayca çoxluğu Azərbaycanın Güneyində yaşayır,bu deyilən fikir onu aldadıb Quzeyə qarşı qoymaqçündür.Bu,bir.
   İkincisi,tutalım İranla birləşdik.Orada konfederal dövlət yaranacaq,yoxsa federal dövlət? Ya da biz orada birləşərək niyə farsları,bəlucları,ərəbləri yönəltməliyik? Qoy onların özlərinin bağımsız dövlətləri olsun – bizim onlarla nə işimiz var?
   Belə cəhdlər həmişə olub.Rusiya dağılanda da dedilər ki,Doğu Avropa dövlətləri bağımsız olsunlar,yerdə qalanlar yox,ancaq baş tutmadı – Sovet dövlətinin öz içərisindəki cümhuriyyətlər aralandılar,dedilər ki,Rusiyanın öz içərisindəki xalqlar qalsın.İndi hətta bu da baş tutmur – orada hər xalq öz müqəddəratını həll etmək istəyir.Bu,təbiidir.Belə olan halda Türk ulusu farslar,bəluclar,lorlar,kürdlər və b. xalqlarla bir yerdə öz taleyini necə həll edə bilər?Əksinə,bu,böyük qarışıqlıq yaradar.Hər ulus öz gələcəyini bağımsız biçimdə həll etməlidir – bunun başqa yolu yoxdur.
-   Sizin təxmininizə görə,Azərbaycanın bütövlüyünü ulusumuz haçan əldə edə bilər?
-   Məncə,Azərbaycanın bütövləşməsi tarixi  çox da yaxın deyil.Güney Azərbaycanın bağımsızlıq,ya da yarımbağımsızlıq əldə etməsi qarşıdakı ən azı 3-4 ilin olayıdır.Bu,2001-2002-ci ilədək çəkə bilər – bir il irəli,ya da geri ola bilər.Bütövləşmə isə,ola bilsin,uzunsürəli prosesə çevrilsin.
   Başlıcası bağımsız dövlət olandan sonra bağımsız ruhun varlığı,bundan sonrasa onun ifadə edilməsinin həl olunmuş olmasıdır.Sonra məsələnin texniki yönləri(iqtisadi quruluş,mülkiyyətə baxış və b.) qalır.Örnək üçün,Güneydə özəl mülkiyyətdir.İslahatlar yaxşı aparılsa Quzeydə də özəl mülkiyyət oturuşa bilər.Bu,ilişkilərin doğmalaşmasının onlarca şərtindən biridir.Başqa şərtlər də var.Örnək üçün,birləşmiş dövlətin anayasaca quruluşu necə olsun? Onun paytaxtı hansı şəhərdə yerləşsin? Bunlar məsələnin texniki yönləridir.
   Şəksiz,bizim quracağımız dövlət demokratik və dünyəvi olacaq.Ümumən hər iki tayda baş vermiş hərəkatların hamısı demokratik və dünyəvi xarakter daşıyıb – Səttarxan,Xiyabani,Rəsulzadə,Pişəvəri hərəkatlarının hamısı belədir,çünki ulusumuzun ruhu demokratikliyə və dünyəviliyə yönlüdür və gələcəkdə də belə də olacaq.Özgə cür düşünməyə gərək yoxdur.
-   ABŞ başda olmaqla bir sıra dünya nəhəngləri İranın dağılmasına deyil,oradakı rejimin dəyişdirilməsinə üstünlük verirlər.Bu,Azərbaycanın bütövləşməsinin gerçəkləşməsinə əngəl olmayacaq ki?
-   Belə bir fikir var,ancaq qəti deyil,bir az çaşdırıcıdır.ABŞ BMT-nin yasalarına riayət edərək həmişə uluslararası hüquq,sınırların toxunulmazlığı,ərazi bütövlüyü ideyasını savunduqlarını deyir.Buna bir örnək verim.Bizdə Ulus hərəkatı başlandı,sonra Yanvar olayları oldu.Bütün dünya “Qorbaçov Bakıya ordu yeritməkdə düz edir və bu,SSRİ-nin iç işidir – orada fundamentalistlər,millətçilər var və onlar ölkəni bölmək istəyirdilər;bu,yolverilməzdir” dedi.Üstündən çox deyil,il yarım keçdi,biz bağımsız olduq və bizi Yanvarda suçlandıran dövlətlərin hamısı bağımsızlığımızı tanıdı.Yeni bağımsız dövlətləri də bütün dünya tanıdı.Uluslararası ilişkilərin yasası belədir – hamı gerçəkliklə hesablaşır.Başqa cür olsaydı nə SSRİ,nə də Yuqoslaviya dağılardı.İrana baxış da belədir.Ertəsi gün Türk ulusu bağımsızlığını qazananda ABŞ ona heç nə deyə bilməz və deməz; BMT-nin ulusların öz müqəddəratını təyinetmə prinsipi var.Hətta siyasi başqaldırılar baş versə belə o,tanınmalı,savunulmalıdır.
-   Deməli,bacarırsansa öz bağımsızlığını al!
-   Əlbəttə.ABŞ öz bağımsızlığı uğrunda mübarizə aparan uluslara əməli yardım edir;bu,onun mənəvi borcudur – bir şərtlə ki,ulus bu mübarizəni aparsın.Çeçenistan olayları zamanı ABŞ orada insan haqlarının pozulduğunu,qan töküldüyünü bildirdi.Bunun özü də bir savunmadır.
-   Almaniya birləşməni dövlət səviyyəsində gerçəkləşdirdi.Azərbaycan dövlətininsə bu imkanı yoxdur,çünki o,İranın iç işlərinə qarışa bilməz.Heydər Əliyev də bu yaxında İranda olan “Azərbaycan dövlətinin qarşısında Güney Azərbaycan məsələsi yoxdur” dedi.Bu halda ulus öz gücüylə istəyinə çata biləcəkmi?
-   Şəksiz ki,bağımsızlığımız heç bir dövlətin əliylə qazanılmayacaq və qazanılmamalıdır.Öz bağımsızlığını ulusun özü əldə etməlidir.Bağımsızlığı əldə etməninsə çox yolları var.Azərbaycanın Güneyindən olan siyasətçilərdən biri belə yazmışdı ki,slovaklar çexlərdən ayrıldılar – Çexoslovakiya iki dövlətə ağrısız bölündü.Bu,ayrılmanın ən demokratik və sivil biçimidir.Əlbəttə,bu biçimi Tehran rejimindən gözləmək mümkün deyil.
   Özgə yol da mümkündür – Güneydəki soydaşlarımız Tehrana basqı etməklə Avropada olan muxtariyyət tipli,ya da Hindistanın ştatları kimi dövlət qazana bilər.Hind ştatlarında bəlli yönəldicilik orqanları bağımsızdır;bu ştatların öz pulu var,iç yönəldicilikdə də tam sərbəstdir (ordu cə dış siyasət məsələlərindən savayı) və b.Güneydə bu biçim də mümkündür.Sonra gələcəkdə obiri addım atıla bilər.
   Üçüncü yol ulusun birbaşa ayağa qalxıb öz bağımsızlığına yiyə durmasıdır.Mənim buna daha çox ümidim var,çünki Tehranın islahatlar yoluyla ulusların bağımsızlığını təmin edəcəyinə inanmıram – bu xətt daha çox avropalıların bilincinə yaxındır;İngiltərənin şotlandların bağımsız məclisinin olmasına icazə verməməsinə baxmayaraq.Bəlkə də haçansa İranda da iç nisbi sərbəstliyi olan yönəldicilik quruluşu yarana bilər (belə olsa bir addım irəli gedərik),ancaq mən buna inanmıram.Hə,mənim fikrimcə,ən yaxşı və doğru bircə yol var – Türk ulusu öz bağımsızlığı uğrunda qəti və sərt mübarizəyə qalxıb istəyini əldə etsin.[/font][/size][/color]
Maday:
“Bu,pulla həll olunası məsələ deyil”

-   Helmut Kol iki Almaniyanı birləşdirməkçün Qorbaçova,yəni SSRİ-yə 7 milyard marka verdi.Deməli,birləşmə həm də böyük xərc istəyən işdir.Bizim birləşməyə pulumuz varmı?
-   Bu,pulla həll olunası məsələ deyil.Öncələr Almaniya bundan ikiqat artıq pul versəydi də onu birləşməyə qoymazdılar,ancaq indi onun birləşməsini dünya həll edirdi.Almaniya öz yandaşları qarşısında bu məsələni tez-tez qaldırırdı.Artıq ABŞ da,İngiltərə də Almaniyanı bölən deyil,onunla yandaş olan dövlətlərdi.Batı Almaniya bütövlüyü önə çəkirdi.Bu yandaşlar Avropada qatışıqlıq olmamasıyçün SSRİ-dən Doğu Almaniyanı sərbəst buraxmasını tələb etdilər.SSRİ-yə 4 ölkə - ABŞ,İngiltərə,Fransa və Almaniyanın özü basqı etdi və Qorbaçov 4 nəhəngin qarşısında dayan bilmədi.Bundan başqa,obiri Avropa dövlətləri də bunu istəyir,almanların birləşməsinin tərəfçisi olduqlarını bildirirdilər.Qorbaçov da fürsətdən yararlanıb bir az pul qopartmağa nail oldu.Bizim birləşməyimizçün İran,örnək üçün,desə ki 10 milyard verin,biz neftimizin hamısını satıb ona verərik – özümüz ac qalarıq,ancaq bağımsızlığı alarıq.Sözsüz ki,farslar heç vaxt pul istəməzlər,ancaq kaş istəsinlər,təki insan qanı tökülməsin.Bağımsızlıqsa elə nəsnədir ki,onu verməyəndə ulus savaşa qalxır,bu yolda qanını tökür.
-   Bəy,özəlliklə Güneydən çox sevincli danışırsınız.Mən sizin bilgi dairənizin çox geniş olub yalnız Azərbaycanla sınırlanmayaraq – dünyanın bir sıra ölkələriylə ilişkilərinizin olduğunu bilirəm.Çox güman ki,siz bu sorğuya Azərbaycan siyasətçiləri arasında ən düzgün cavab verə bilənlərdənsiniz – Güneydə bağımsızlıq və birləşmək diləyi varmı? Varsa nə dərəcədədir?
-   Ədalət bəy,bizim danışığımızda mən bir neçə dəfə işarə vurdum.Məsələnin mahiyyətinə varmaq gərəkdir.Bunu nə həll edir və niyə belə olacaq?
   Bir neçə fakta baxaq.
   Birincisi,hər ulus tarixən təşəkkül tapmış,yaşadığı ortamın biçimləndirdiyi tək orqanizmdir.İndi o,cismən bölünmüş haldadır.Mənəvi,ruhi,mədəni yöndənsə o bölünməyib.Sadəcə,yaralanmış ulusdur,ya yarasını sağaltmalı – birləşdirməli,ya da bu yaradan ölməlidir.Ölüm yoxdur – heç kim bu ulusun ölcəyini qəbul etməz.Bu ulus diridir – yazır,oxuyur,savaşır,bağımsızlığını alır;deməli,ölməkdən söhbət gedə bilməz,əksinə,yenidən dirilmə önəmli gərəklilikdir.Bu,tarixin məntiqinə uyğun təbii proses olacaq.Bunun nişanələri də görünür.Nədəmi? Rus imperiyasından bütün dünya qorxduğu çağda bizim ulusumuz Rusiyanın dəmir sınır örtüyünü əliyalın söküb atdı.Yadınızdadırsa rəhmətlik Xəlil Rza UluTürk onu “məftillərlə sarınmış yaralar” adlandırırdı.Ulus ən ağır olan bu birinci mərhələni keçdi.
   İkincisi,Azərbaycanda Meydan hərəkatı başlayanda hər yerdə “Təbriz”,“Bakı”  yazılmışdı.Bakıda hərəkat başlayanda Təbrizdə də bəlli yığıncaqlar keçirilirdi və son vaxtlar Güneydən olan soydaşlarımız “Biz Qarabağı qurtaracağıq,biz onu ermənilərdə qoymayacağıq,o,bizim Yurdumuzdur” deyirdilər.
   Bunlar ümumi,bütöv Yurd məfkurəsinin varlığını göstərir.Mən bunun,ruhun – böyük ulus ruhunun bütövləşməsi və qayıtması olmasını dəfələrlə təkrar edirəm.Gedişi həll edən budur,yoxsa 5-3 insanın nə düşünməsi kiçik məsələdir.
   Mən Azərbaycanın bütövlüyü uğrunda hərəkatın başladığını bildirəndə “hanı?” deyirlər.Deyim hanı.Azərbaycanın Quzeyində partiyaların hansından “birləşmənin tərəfdarısanmı?” deyə soruşsan,deyəcək ki,hə,tərəfdarıyam;yəni yüzminlərcə insan bu idealı savunur və Azərbaycanın Güneyində də belədir.Artıq hər iki tayın fikrində birlik yaranıb.Buradakı güneylilər ədəbi dilimizi öyrənir,həmin ədəbi dildə yazıb-yaradır,bu dili təlqin,tərbiyə və təbliğ edirlər.Bu,dildə birlikdir.Qalır işdə birlik.İsmayıl bəy Qaspıralının dediyi işdə birlik də proseslərdə olacaq.İşdə birlik olan kimi məsələ baş verəcək.
   Deməli,birinci mərhələ - düşüncə birliyi yaranıb.İkinci mərhələ - dildə birlik də artıq mövcuddur.İşdə birlik qalır.Biz bu işdə birliyi yaratmalıyıq.İndi həmin mərhələnin astanasındayıq.Yurddışındakı qardaşlarımızın bağımsızlıq diləkləri,Bütöv Azərbaycan Birliyini yaratmağımız bu işin əlamətləridir.Güney Azərbaycan Türk Cümhuriyyəti yaratmaq şüarı da meydana atılıb.Hətta onun anayasası da yazılıb və qəzetlərdə çap edilib;indisə Bütöv Azərbaycanın anayasası yazılır.Yəni düşüncə,məfkurə artıq tam mövcuddur.Ən çətin iş qalıb – işdə birləşmək.
   Biz sınırları dağıdandan sonra Bütöv Azərbaycanda bir ruh dirçəlişi başlandı – 31 dekabrı Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etdik və bunu Anayasamıza saldıq.Bu,çox ciddi və gərəkli bir addımdı.1997-ci ildə ABŞ-də Dünya Azərbaycanlılarının Konqresi  toplaşdı.Avropada və Azərbaycanda da belə yığıncaq təşkil etməyə cəhd göstərdilər.Yəni dünyaya səpələnmiş Azərbaycan Türkləri özlərinin forumlarını keçirdilər.1998-ci ildə bir neçə belə yığıncağın tanığı olacaqsınız.Bunların hamısı birləşmə uğrunda hərəkatın başlanması deməkdir.Sadəcə,onu tənzimləmək,təşkilatlandırmaq gərəkdir.Bu hərəkatı yönəldə biləcək qurum yaratmaq gərəkdir.Qurum məsələlərində gücsüz olduğumuza,bu işlərə əyilimli olmadığımıza,aramızda anlaşılmazlıqların çox olduğuna görə hərəkat bizi qabaqlayacaq;bu,qorxulu hazırsızlıqdır.Hərəkat baş verəcək və yönəldimi hələ yetişməmiş qurumun əlində qalacaq.Bütöv Azərbaycan hərəkatını bütövləşmiş Azərbaycan qurumu yönəltməlidir.Ona görə bu bölüm çox məsuliyyətli və ağrılıdır.
Maday:
                                “Deməli,Bütöv Azərbaycab hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq on milyonlarcadır”

-   Bəy,Bütöv Azərbaycan hərəkatının bugünki durumu minlərcə soydaşımızı ilgiləndirən məsələlərdəndir...
-   Mən bildirəndə ki,Bütöv Azərbaycan hərəkatı başlayıb,“Yox,bu hərəkat çox çətindir,hələ erkəndir,buna zaman gərəkdir,ortada hələ heç nə yoxdur” deyirlər.Ancaq bu düşüncələr düzgün deyil.
   Hərəkatın başlanması nə deməkdir? Azərbaycanın Quzeyində,bildiyimiz kimi,40-dan çox partiya və aşağı-yuxarı o sayda da toplumsal qurum var.Bunların hamısı Azərbaycanın bütövlüyünün yandaşlarıdır.Qəzetlərimizin çoxunda Azərbaycanın Güneyinə və Bütöv Azərbaycan məsələsinə dair saysız məqalələr çıxır.Azərbaycanın Güneyində də son vaxtlar 50-yədək qurum yaranıb.Bunlar həm toplumsal,həm siyasi,həm də mədəni qurumlardır,ancaq hamısı Azərbaycan idealıyla yaşayır,Azərbaycanın gələcəyi haqqında düşünür və onu savunurlar.Örnək üçün,Azərbaycanın Güneyində olan tələbələr Tehrana bəyanat verdilər.Bu bəyanat bütün dünyaya yayıld,səs-sorağı Azərbaycanın Quzeyinə də çataraq dəstəkləndi.Onu təşkil edənlər Təbriz və Mişkin tələbələriydi.İranda onlarca Azərbaycan Türkü tutulur və Azərbaycanın Quzeyində də onların savunmasına səslər ucalır.Bir sıra məsələlərlə bağlı İranın Azərbaycandakı elçiliyi qarşısında piketlər də keçirilir.Başqa yandan,dünyanın çeşidli yerlərinə səpələnmoş Güneydən və Quzeydən olan soydaşlarımız Amerikada,Avropada və yaşadıqları başqa yerlərdə səslərini ucaldır və Yurdumuza bağımsızlıq istəyirlər.Bunlar hələ imkansızlıq durumunda edilir.Əgər onların böyük maddi imkanları,özəl televiziya kanalları və radioları olsaydı,əlbəttə,dəfələrlə artıq iş görə bilərdilər.Hələlik imkan tapan kimi qəzet buraxırlar.Deməli,Bütöv Azərbaycan hərəkatı başlayıb və bu ideyanın daşıyıcıları artıq on milyonlarcadır.
   Azərbaycanın bütövlüyü uğrunda mübarizə aparan sırf siyasi qurumlar da var.AXCP-nin,Müsavat Partiyasının,başqa partiyaların məramnaməsində partiyanın qarşısında duran məqsədlərdən biri də Bütöv Azərbaycan idealına yiyələnmək,Bütöv Azərbaycan uğrunda mübarizə aparmaqdır.Siz təsəvvür edir – AXCP-nin 40 mindən çox üzvü,100 minlərcə yandaşı var və biz bu müddəanı öz məramnaməmizə salmışıq;demək,Məramnəmənin bu müddəasını onların hamısı istəyir və dəstəkləyir,çünki Məramnaməylə razı olmayan şəxs partiyaya üzv yazılmazdı.Bu sözləri Müsavat Partiyasının,Çağdaş Turan Partiyasının və başqa-başqa partiyaların da üzvləri haqqında deyə bilərik.
   Deməli,hərəkatın başlanması şübhə doğurmur.Sadəcə olaraq,hələlik düşüncədə birlik yaranıb,indi dildə və işdə birlik uğrunda mübarizə aparırıq.
   Son vaxtlar,gördüyünüz kimi,dildə birlik uğrunda da önəmli iş gedir.Azərbaycanın Güneyindəki milyonlarca yurddaşımız İranda Türk dilinin dövlət dili olmasını istəyir.Demək,dil uğrunda da mübarizə gedir.Bu dildə biz eyni zamanda Təbriz radio verilişlərinə də asanlıqla qulaq asırıq,Tehran rejiminin özəl tapşırığıyla Təbriz televiziya və radiosunun dilinin əliyib,saxtalaşdırılaraq,bu cür qüsurlu danışıqla əhalinin beynində fars dilinin,fars sözlərinin təsirinin yox olmamasına çalışmalarına baxmayaraq.Ancaq Güney əhli Quzeydə işlənən və artıq ədəbi dil kimi biçimlənmiş dili inadla öyrənir...
-   Orada buna “Bakı dili” deyirlər...
-   Biz bəzən Azərbaycanın Güneyinə ümumən “Təbriz” deyirik.Bu,dünyada da belədir.Bəzən bütün Rusiyaya “Moskva”,Amerikaya Vaşinqton” deyilir.Bu dil də yalnız Azərbaycanın Quzeyinin dili,“Bakı dili”  deyil,bütün Azərbaycanın ədəbi dilidir və yüz illər boyunca təşəkkül tapıb.Bu ədəbi dilin yaranmasında Həsənoğlunun,Nəsiminin,Füzulinin,Şah İsmayıl Xətayinin,Vaqifin,M.F.Axundzadənin,A.A.Bakıxanovun,H.B.Zərdabinin misilsiz əməyi olub.20 yüzilin başlanğıcındasa o,C.Məmmədquluzadənin,Ə.B.Haqverdiyevin,Ü.Hacıbəylinin,C.Cabbarlının,S.Vurğunun,Şəhriyarın... əsərləriylə daha da cilalandı,ərəb-fars tərkiblərindən arındı.İndi həmin bu dili Bütöv Azərbaycanda çox həvəslə öyrənir və çox gözəl bilirlər.Buna görə dildə də birlik yaranmaqdadır.
   Sonra işdə birlik qalır.İşdə birliyi yaratmaqçünsə fikirdə və dildə bir olan soydaşlarımız təşkilatlanmalıdır.Doğrudur,dediyimiz kimi,qurumlar artıq var,ancaq onlar hələ mərkəzləşməyib və fürsətdən istifadə edib bizim özümüzün üç gün bundan qabaq (20 dekabr 1997 - də - Ə.T.) Bütöv Azərbaycan Birliyini yaratdığımızı və mənim onun başçısı seçildiyimi deyə bilərəm.
  BAB – a Azərbaycanın Güneyindən də Quzeyindən də olan bəylər və xanımlar qatılırlar.
   Bu qurum yaxın vaxtlarda tam biçimlənəcək və özünün proqramını bəyan edəcəkdir.Avropada və başqa yerlərdə,lap Tehranda olan qardaşlarımız da bu xəbəri eşidəndən sonra artıq dağınıq qurumları birləşdirəcək Bütöv Azərbaycan Birliyinin yarandığına çox sevindilər...
-   Deməli,BAB ilişkiləndirici orqandır.
-   Hə,biz onu birləşdirici bir orqan kimi yaratmışıq və onun gələcəkdə böyük,güclü siyasi qüvvəyə çevrilməsinə çalışacağıq.
-   Partiyayamı?
-   Bəlkə də partiya deyil,böyük bir toplumsal-siyasi hərəkata.
-   Birliyə...
-   Elə indi də birlikdir.
Maday:
                                                    “İdealist düşüncədə ulus böyük bir ruhdur,ruhun törədicisidir;deməli,o bölünə bilməz.Ulusumuz yalnız torpaq baxımından bölünüb”

-   Bütöv Azərbaycan Birliyinin yaranması hansı gərəklilikdən doğub?
-   Biz Bütöv Azərbaycan hərəkatını daha da intensivləşdirməkçün bu hərəkatı yaratmışıq.
  Azərbaycan Türkləri on min illərdir “Azərbaycan” kimi böyük bir yurdda biçimləniblər və onların ruhu bütövdür,mənəvi bütövlüyü var.Sadəcə,rus imperiyası onu zorla cismən böldü.Ancaq biz heç bir yöndən (etnoloji,mədəni,mənəvi,dini,psixoloji və b. baxımdan) bölünmüş ulus deyilik – mən bölünmə fikrini qəbul etmirəm.Nə üçünmü? Çox adam cavabı materialist kimi düşünür,halbuki bu məsələyə idealistcəsinə yanaşmaq gərəkdir.
   Biz bu hərəkata materialist imi deyil,idealist kimi başladıq,çünki materializm nəinki yardıma gəlmir,əksinə,əngəl olur.Ancaq idealizmə söykənəndə bir torpağın ortasından çəkilmiş dəmir örtüyün heç bir önəmi yoxdur – onu bölə bilməz,çünki insanın ruhunun məhsulu onun ədəbiyyatıdır,tarixidir,fəlsəfəsidir.
-   Lap az qala sufilər kimi danışırsınız...
-   Yox,bu,sufilik deyil,tamam idealist fəlsəfədir.Təəssüf ki,bizim çoxumuz idealizmin mahiyyətini bilmirik,çünki hamımıza materializmi öyrədiblər.Doğrudur,mən də idealist fəlsəfəni elə də kamil bilmirəm,ancaq ruhən və mənən idealistəm.
-   Məgər sufizm özü idealist deyilmi?
-   Sufizm idealizmin bir biçimi olsa da inancla fəlsəfənin qarışığıdır.İdealist fəlsəfəninsə özünün mövzusu var.Onları qarışdırmaq olmaz.
    Sufi ideyasının sonunda mütləq inanca,Tanrıya,hansı inancdansansa o inancın təriqətinə bağlanacaqsan.
   Sufizmdə 4 məsələ başlıcadır.
   Birincisi şəriətdir.Sufi şəriəti öyrənməlidir.İkincisi təriqətdir.Şəriəti öyrənəndən sonra o,bir təriqətə bağlı olmalıdır.Üçüncüsü qanacaqdır.Dördüncüsü isə gerçəklikdir.Yəni şəriəti qanacaqla öyrənirsən,sonra təriqətə girirsən;orada da qanacaqla öyrənməlisən,çünki qanacaq üsul kimi sənə gərəkdir – yalnız qanacaqdan keçməklə gerçəkliyə çatırsan.
   Önəmli başlıcaları 3 götürənlər də var:şəriət,təriqət,gerçəklik.Nə üçünmü üçünü götürürlər? Bunlar “qanacaq mərhələ deyil,idrakın bir biçimidir,çeşididir” deyirlər.Bunların fikrinə görə,şəriəti öyrənərək təriqətə dirəcək,mərifətə - ən yüksək anlayışa,filosof kimi dünyanın anlamaya yetişəcəksən;gerçəkliyə də yalnız bundan sonra gedə bilərsən.
   Bu,bir sistemdir.Orada hökmən təriqətə düşəcəksən.Təriqət adamlarının çoxu islam inancında bir şəxsi mütləq böyük götürməli,öz nəslini aparıb o şəxsə bağlamalıdır.Necəmi? Kimisi “Mənim təriqətim Əbubəkrin cizgisinə bağlanır” deyir,kimisi “ömərin” deyir,kimisi “Osmanın” deyir,kimisi “Əlinin” (ümumiyyətlə,4 xüləfayi – raşdinə - bəyənilmiş,toplumun seçdiyi xəlifələrə - bağlanmalıdır) deyir.Bu təriqət hökmən onlardan birinə bağlanmasa o sufi təriqətini qəbul etmirlər.Azərbaycanda,deyək ki,Səfəviyyə təriqəti Şah İsmayılın çağında kimə bağlıydı? İmam Əliyə.Ancaq Azərbaycanda,örnək üçün,Sührəverdiyyə təriqəti də var (böyük şeyx Sührəverdinin təriqəti);o,birbaşa həzrət Əbubəkrə bağlıydı.
-   Deməli,həmin təriqətlər həm şiələrdə var,həm də sünnilərdə.
-   Hə.Şiə təriqətlərinin hamısı imam Əliyə bağlanır.Sünnilərdəsə yalavacdan sonra seçilmiş obiri üç raşdin xəlifəyə bağlanılır.Özünü tam sərbəst sayan təriqətlər də var,ancaq belələri çox azdır.Bunlar “Təriqətin şeyxi elə birbaşa Tanrıyla bağlıdır və insanları Tanrıya bağlayır” deyirlər;o,mürşid,ardıcıllarısa müriddir.Mürid Tanrıya çatmaqçün mürşidin təlimindən,göstərişindən keçməlidir.
   Bu sistem ancaq islam aləminə aiddir və idealist fəlsəfəylə bağlı deyil.İdealist fəlsəfəsə bütün dünyada yayılıb.Onun mahiyyəti nədir?
   İdealist fəlsəfənin əsasını Platon qoyub və sonradan da çoxlu idealist filosoflar yetişib.Örnək üçün,Kant və Hegel çox görkəmli idealist filosoflardır.Birdən-birə onların qarşısına Feyerbax çıxır.O,artıq materializmə sarı sürükləyir və idealizmin üstündən keçir.Ondan sonra Marks və Engels böyük bir materialist fəlsəfə sistemi,təlimi qoyub gediblər (qəbul etmirik,yanlışları var – bunlar başqa nəsnədir).
   İdealist fəlsəfədə Tanrı yerinə yaradıcı güc məsələsi yoxdur.Xristianlar Tanrını bir cür,müsəlmanlar başqa cür,buddistlər də onlardan fərqli anlayırlar.İdealist fəlsəfədə yaradıcı güc metafizik haldadır – fizikaya dəxli yoxdur və təsəvvür də edilmir.Düzdür,islamda “Tanrı təsəvvüredilməzdir:nə istidir,nə soyuq,nə böyükdür,nə kiçik;nə xeyirdir,nə şər və b.” deyilir.Ancaq Tanrının islamda 99 üzü var.Örnək üçün,O,Rəhmandır,Rəhimdir,Qadirdir,Nasirdir,Adildir,Cabbardır,Cəmildir...Bunların hamısı Onun üzləridir.İdealist fəlsəfədəsə yaradıcı ruhun üzləri yoxdur – o,sadəcə olaraq,dərkolunmazdır böyük bir varlıqdır.
   Dünyadakı bütün nəsnələrin,varlıqların yeri,biçimi var.Biz insanıq;haradasa dururuq,yerimiz və biçimimiz olur.Ən gözəgörünməz nəsnənin də öz biçimi var,ancaq o böyük yaradıcı gücünsə biçimi və yeri yoxdur və insanlar onu necəsə anlamağa çalışırlar.Bu,idealist fəlsəfənin göstərişidir və daha çox ruha dayanır – insan ruhuna.İdealist fəlsəfəyə söykənməyən islam inancında – Quranda həzrət yalavaca Tanrıdan göstəriş var ki,səndən ruh haqqında soruşacaqlar;de ki,bu haqda Tanrı mənə az öyrədib.
-   O,Tanrı yanında olan məsələdir...
-   Hə.
   İdealist fəlsəfəsə bütövlükdə ruh üzərində qurulub.Deməli,inanc başqadır,idealist fəlsəfə başqa.Ancaq sufilər həm idealist fəlsəfədən,həm də inancdan yararlanmaq,onları birləşdirmək istəyiblər.Hətta bəzən bunu başarıblar da.Ancaq bəlli təriqətlər,seçilmiş insanlar,təlim görmüş qruplar bu birləşdirməni qəbul etsə də,tarixdə idealist fəlsəfəylə inanc arasında nə qədər barışıq və yaxınlıq yaransa da onlar yenə tamam ayrı-ayrı sistemlər olaraq qalır.
   Dünyanı anlamağın bir neçə yolu var:inancla,fəlsəfəylə,tarixi-məntiqi yolla.Ancaq Füzuli tamam özgə yol seçib.Örnək üçün,o “Tanrı həzrət yalavaca vermədiyi şer yaratmaq bacarığını mənə bəxş etdi və mən dünyanı şerin gözüylə gördüm” deyir,deməli,poeziyayla da dünyanı görmək olar.
   Bütün bu açıqlamalardan sonra yenidən başlıca mətləbə dönürəm.İdealist düşüncədə ulus böyük bir ruhdur,ruhun törədicisidir;deməli,o bölünə bilməz.Ulusumuz yalnız torpaq baxımından bölünüb.Ruhu təmsil edən ulusun mədəniyyəti,ədəbiyyatı,dili,tarixi və başqa göstəriciləridir ki,bunlardan da heç biri bölünməyib;Azərbaycanın Güneyində də,Quzeyində də hətta yeməklər də,bayramlara baxış da eynidir.Müsəlman olmaqlarına baxmayaraq Azərbaycan müsəlmanıyla ərəb müsəlmanı arasında böyük fərqlər var,çünki onlara ulusal xarakter hopub.
-   Türk əxlaqıyla ərəb əxlaqı bir deyil axı...
-   Çox ilginc bir fakt. Qurd ağzı bağlamaq əski qam-şaman sistemidir və tərtəmiz Türk adətidir.Dəmir ən qutsal varlıqdır və qurdun ağzını məhz onunla bağlamaq olar.İlginc olanı nədir – qurdun ağzını bağlayanda vaxtilə Türkcə qam duaları oxuyardılar,indisə Qurandan ayə oxuyurlar.Türk təfəkkürünün islamla necə çulğalaşdığını görürsünüzmü? Ərəbdəsə belə nəsnə yoxdur. 
   Sonra Novruz bayramını götürək.Bu əski Türk bayramı Ərgənəkondan gəlmə sistemdir,indi farslığa,İrana girib.Farslar onu “nou ruz” (“yeni gün”) edərək götürüb təqvimə də salıblar (fərvərdin ayında başlayır).Ancaq işə baxın ki,Anadoluya hələ indi-indi yayılmağa başlayır,çünki “bu,sünnilərin deyil,şiələrin bayramıdır” deyirdilər.Şiələr də onu özlərinə çıxdılar ki,imam Əli qırmızı geyinərək taxtda oturub,bu,onunla bağlı bayramdır.Biz dörd çərşənbə keçiririk,suyun,odun üstündən atılırıq;bunların heç biri ərəbdə yoxdur.
   Biz suyun üstündən atılanda Qurandan dua oxuyuruq,salavat çeviririk.Qam-şaman dualarısa itib-gedib,indi müsəlman duaları onun yerini tutub.
   Demək,böyük bir qovuşma baş verib:Azərbaycanın özünəməxsus adət-ənənəsi var,müsəlmandır və müsəlmanlığa da ciddi riayət edir.Ancaq bu adət-ənənələr islamla elə qovuşub ki,buna qarşı çıxmaq mümkün deyil.
   Mən Ərdəbildən Bakıya gəlmiş böyük bir inanc xadimindən “Novruz bayramı haqqında nə düşünürsünüz” deyə soruşdum.“Novruz bayramı islam bayramı deyil;o,əski çağlardan var,ancaq islam başqa yaxşı nəsnələr kimi Novruz bayramını da yaşamdan götürməyib özünə birləşdirib” dedi.
   Təsəvvür edin ki,bu ruhun daşıyıcısı olan Azərbaycan Türkü gedib Amerikada da yenə o bayramı keçirir,yenə öz dilində danışır,yenə Yurd mahnısı oxuyur,yenə öz ədəbiyyatını öyrənir və b.
   Başqa sözlə,insan daşıdığı ruhun içərisindədir və onunla yaşayır.Buna görə də biz materialist deyilik və yaşama idealistcəsinə baxırıq – bizim Yurdumuz orduyla,zorla bölünüb və bu bölünmənin ulusun ruhuna heç bir təsiri yoxdur.Sadəcə,Yurdumuzun üzərindəki süni çəpərləri götürmək,orduları çıxarmaq və yeni xəritə çəkmək gərəkdir.Bütövlük bu cür düşünülür.
-   Tanrı sizi və ulusumuzu öz istəyinə yetirsin.Ona görə şəxsən sizi deyirəm ki,mənim bildiyimə görə,yaşamda ən böyük idealınız məhz budur.
-   Çox sağ olun!
   Siz”Dədə Qorqud”u yaxşı bilirsiniz;orada “övladın olmursa eli yığ,topla,toy et,yığıncaq et,hamı Tanrıya dua etsin ki,bəlkə bir ağzıdualının sözünü Tanrı eşidibən sənə oğul,qız verə.Əgər biz birlikdə ulusumuzun birləşməsinə dua edəcəyiksə Tanrı səsimizi eşidib onu bizə verəcək.Mən buna tam əminəm.
-   Tanrı o günü ulusumuza göstərsin.  “ Biz Türk ulusunun özünün bütün torpaqlarında birləşərək bağımsız dövlət quracağı gün tam bağımsız olacağıq”

-   Bəy,sizcə,Güneylə Quzeyin birləşməsinin ilkin şərtlərini indidən ciddi bilimsəl təhlildən keçirmədən bu mübarizəyə başlamaq nə dərəcədə məqsədəuyğundur?
-   Bir işə başlamazdan öncə sonra nə iş görəcəyini bilmək üçün onun bütün incəliklərini təhlil etmək gərəkdir.Çox təəssüf ki,biz yurdumuzu hələ layiqincə öyrənməmişik.Azərbaycanın Quzeyində oxuyan tələbələrdən,şagirdlərdən Çikaqonun,Berlinin,Londonun,Bernin,yaxud hər hansı Avropa,Amerika şəhərinin harada olduğunu soruşsanız – sizə onların yerini dəqiq deyəcək.Ancaq birdən “Bəs Meşkin haradadır” deyə soruşsanız,”Birinci dəfə eşidirəm” deyəcək.”Bəs Ərdəbil haradadır” desəniz,”Vallah bilmirəm,ancaq Ərdəbilin olduğunu eşitmişəm” deyə cavab verəcək.Saqqız,Həmədan,Urmiyə gölü...haqqında da eyni sözləri eşidəcəksiniz.Güneydə də buradakı bölgələrin çoxunun adını yaxşı bilmirlər.Ulusumuz bu baxımdan bölünmüş sayıla bilər,ancaq bu bölünçə bilik çatışmamazlığından irəli gəlir,buna görə də keçicidir.
   Güneyli – Quzeyli Azərbaycanın iqtisadiyyatı,yeraltı,yerüstü sərvətləri,əhalisinin durumu,ulusunun istəyi,mövcud təbəqələri,təbəqələrin məqsədləri – bunların hamısı öyrənilməlidir.Biz ulusumuzun nə qədər bölümünün bilincində Bütöv Azərbaycan ideyasının hakim olduğunu,bu yolda mübarizə və mücadiləyə,hətta ölməyə hazır olan,bu yoldan dönməyəcək nə qədər soydaşımızın var olduğunu bilməliyik.Təhqiqatların,təhlillərin aparılması,böyük tutumlu ümumi məruzələrin hazırlanması gərəklidir.
   Bəzən təhlilsiz-filansız belə söhbətlər ortaya çıxır:Güneydəkilər Quzeydəkiləri,ya da Quzeydəkilər Güneydəkiləri qəbul etməyəcək.Bu doğru deyil.1989-da sınırlar dağılandan sonra Moskvada bir rus məqalə yazdı.Məqalədə “Mən sınırda idim – Tehrana gedirdim,Astarada bir Türk da mənə yoldaş oldu.O taya keçdik.Bir araba gəldi,haraya getdiyimizi soruşdu.Bu Türk oğlan Tehrana getdiyimizi bildirdi.Bunlar görüşüb öpüşdülər,ağladılar.Sürücü “Mən səni pulsuz aparacağam” dedi.Onlar məni də götürdülər və biz Tehrana getdik.Sürücü bizdən pul almadı.Bu oğlan Tehrana çatanadək bütün Azərbaycan şəhərlərini keçdikcə ağlayır,o ağlayanda sürücü də ona qoşulurdu” yazılmışdı.Müəllif “Burada mən ulusun bölünməsinin nə demək olduğunu başa düşdüm – bu adamlar bir-birini qətiyyən tanımırdılar,ancaq sınırı keçən kimi doğma qardaşa çevrilmişdilər” yazır.
  Bax,ulusu yaşadan bu ruhdur və məsələnin kökündə,mahiyyətində də o dayanır,hər nəsnəni o həll edəcəkdir.
-   Tanrı qoysa.
        Bəy,Bütöv Azərbaycan mövzusuyla bağlı sizə sonuncu sualı vermək istəyirəm.Yanılmıramsa siz bir vaxtlar Heydər Əliyevə Azərbaycanı birləşdirə biləcək güclü bir siyasətçi kimi inanırdınız;bəs indi necə?
-   Mən bunu Heydər Əliyev Moskvada vəzifə tutanda demişəm.Bir dəfə Moskvada bir çıxışında o “Bizim hələ özgə dərdimiz də var – İranda milyonlarla yurddaşımız,qardaşımız zülm və istibdad altındadır;biz onların da haqqını düşünməliyik” demişdi.Mən onda H.Əliyevin dediyini edə biləcək,buna gücü çatacaq məqama çatdığını düşündüm.Çünki Brejnevin yanında böyük nüfuzu var və bu məsələnin həlliyçün ondan yardım istəyə bilər,axı bu,Rusiyaya da xeyirdir – Sovet dövlətinin sahəsi daha da böyüyər.Həm də bu birləşmə H.Əliyevin özünə də böyük nüfuz qazandırardı.
   Bu düşüncəmin kökü haradanmı gəlirdi? Mərhum Seyid Cəfər Pişəvəri Mircəfər Bağırova “Gəl bu məsələni KP-nin bürosunda qoyaq və Azərbaycanı birləşdirək” deyib.Belə də ediblər – Azərbaycanda KP MK bürosu çağırılıb və Azərbaycanın birləşdirilməsi haqqında qərar qəbul edilib.
-   Neçənci ildə?
-   1946 – da – savaşdan sonra.Sov.İKP MK Siyasi Bürosundan bu məsələ haqqında qərar qəbul edilməsi xahiş edilib.Mircəfər Bağırov bu sənədi Stalinin yanına aparıb.Stalin onun məsələyə Siyasi Büroda baxılmaq diləyini eşidəndə “Büro mənəm.Bu haqda heç söhbət də ola bilməz!” deyə cavab verib.Sənədi yox edib.Bağırov bunu olduğu kimi Pişəvəriyə danışıb.Deməli,bu məsələni Moskvanın əliylə həll etmək olardı,bu şərtlə ki,birinci adam ona razılıq versin.Mən də Brejnevin buna gedə biləcəyini düşünürdüm,çünki o zaman SSRİ Orta Doğuya çox güclü təsir göstərirdi.Təkcə Əfqanıstana artıq Sovet ordusunun çıxarılmasını xatırlayaq.Azərbaycan məsələsini də bu kontekstdə həll etmək olardı.
   Ancaq sonradan yanlış düşündüyümü gördüm – Azərbaycanı bölən elə Moskvadır,onun birləşməsini istəməyən çoxlu güclər var və Əliyev bu işin öhdəsindən gələ bilməz.İndi – yenidən Azərbaycana başçılıq etdiyi bir vaxtdasa birləşdirmə məsələsi onun imkanları dışındadır – bu,Əliyevlik deyil.Heydər Əliyev son vaxtlar Tehrana gedəndə ondan “Sizdə Güney Azərbaycan problemi varmı?” deyə soruşdular.O “Bizdə belə problem yoxdur və bu haqda heç düşünmürük də” dedi.Deməli,problemdən tamamilə qaçdı.Ancaq mənsə prezident olanda “Hə,belə problemimiz var və biz Azərbaycanın Güneyindəki ulusumuzu bağımsız görmək istəyirik;biz ulusumuz bütövlükdə bağımsız olanda özümüzü bağımsız sayacağıq” demişdim.
   İndi də Azərbaycanın Quzeyinin bağımsız olmayıb – sadəcə olaraq,güclə saxlaya bildiyimiz yarımbağımsız olduğunu düşünürəm.Biz Türk ulusunun özünün bütün torpaqlarında birləşərək bağımsız dövlət quracağı gün tam bağımsız olacağıq.Mən bunu gəncliyimdən indiyədək demişəm və dediyimin də üstündəyəm.
   Səməd Vurğunun “Komsomol poeması”ndakı Türk zabiti belə deyir:

                            Əvət,əfəndilər!Çərxin gərdişi
                            Qocaman Türklüyə gülmüyor çoxdan.
                            Ümid gözləməyin atılan oxdan.
                            Ayrılan qüvvələr birləşməlidir,
                            Vətən bir torpağa yerləşməlidir!

   Bundan o yanı yoxdur.Ya da:

                            Sahibsiz olan məmləkətin batması haqdır,
                            Sən sahib olursansa Vətən batmayacaqdır!

   Ulus öz Yurduna yiyə duracaq və o Yurd batmayacaqdır.Bunun başqa yolu yoxdur!




Bookmark and Share

Şərhlər(0)
281 oxunma
Bölməsiz

ƏBÜLFƏZ ELÇİBƏY

bayraqdar
Dekabr 17, 2007 1:11

Azərbaycan Xalq Hərəkatının lideri, Azərbaycan Xalq Cəbhəsinin yaradıcısı, AXC-nin və Xalq Cəbhəsi Partiyasının rəhbəri, müstəqillik uğrunda mübarizənin öndəri, XX əsrdə Azərbaycanın deyil, Türk Dünyasının ən tanınmış siyasi və ictimai xadimi.

Ə.Elçibəy 1938-ci ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonun Kələki kəndində anadan olub. 1957-1962-ci illərdə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində (ərəb dili bölümü) oxuyub.Universiteti bitirdikdən sonra iki il, 1962-64-cü illərdə Misirdə tərcüməçi işləyibdir. 1964-cü ildə Bakıya döndükdən sonra Universitetinin tarix fakültəsinin aspiranturasında oxumuş və 1968-ci ildən Asiya və Afrika xalqları tarixi kafedrasında müəllim kimi fəaliyyət göstərib. «Tülunilər dövləti» mövzusunda namizədlik dissertasiyı müdafiə edib. 1971-ci ildən başlayaraq tələbələr arasında gizli dərnəklərin yaradıcısı və təşkilatçısı olub. 1975-ci ildə Sovet quruluşuna qarşı mübarizəsinə və antisovet dissident fəaliyyətinə görə Dövlət Təhlükəsizliyi Komitəsi tərəfindən həbs edilmiş, 18 aylıq məhbus həyatından sonra, 1976-cı ilin iyul ayında azadlığa buraxılıb. Ə. Elçibəy xüsusi xidmət orqanlarının tövsiyyəsi ilə Universitetdə və digər ali məktəblərdə işləmək hüququndan məhrum edilmiş, 1976-cı ildən başlayaraq 1992-ci ilə qədər S.Mümtaz adına Əlyazmalar İnstitutunda müxtəlif vəzifələrdə çalışmışdır.

Ötən əsrin 80-ci illərinin sonunda Dağlıq Qarabağda separatist meyllər başlandıqdan və Azərbaycan ərazisi Ermənistan təcavüzünə məruz qaldıqdan sonra Ə.Elçibəy müqavimət hərəkatının təşkilatçısı olmuş, 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsini yaradanlardan biri olmuş və sonra isə onun ilk sədri seçilmiş, həyatının sonuna qədər bu istiqlal və demokratiya məktəbi olan bu partiyaya rəhbərlik etmişdir. O, 1989-cu ilin dekabrında Güney Azərbaycanla sərhədlərin götürülməsinin əsas təşəbbüsçüsü kimi çıxış etmiş, 1990-cı ilin 20 yanvar hadisələrindən sonra ardıcıl təqiblərə məruz qalmışdır.

Ə.Elçibəy 1992-ci ilin iyununda Azərbaycan Xalq Cəbhəsinin ilk qanuni namizəd kimi xalq tərəfindən Azərbaycan Respublikasının prezidenti seçilmişdir. Onun prezidentliyi dövründə Azərbaycan Respublikasında demokratik islahatlar həyata keçirilmiş, xarici qoşunlar Azərbaycandan çıxarılmış, milli valyuta dövriyyəyə buraxılmış, təhsildə inqilab olan test sistemi gerçəkləşdirilmişdir. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində ciddhi addımlar atılmışdır.

1993-cü ilin iyununda antimilli qüvvələrin xarici ölkələrin dəstəyi ilə qaldırdığı qiyam nəticəsində Ə.Elçibəy Bakını tərk etmiş. 1997-ci ilin payızına qədər Ordubad rayonunun Kələki kəndində sürgün şəraitində yaşamağa məcbur olmuşdur. Bu müddət ərzində o, siyasi və ictimai fəaliyyətdən uzaqlaşmamış, bütövlükdə AXC-yə və milli-demokratik hərəkata rəhbərlik etmişdir. Məhz onun liderliyi ilə 1995-ci ildə AXC ictimai-siyasi təşkilatdan siyasi partiyaya çevrilmişdir. Siyasi fəaliyyətlə yanaşı, Ə.Elçibəy elmi yaradıcılıqla da məşğul olmuş, 1997-ci ildə İstambulda «Tolunoğulları dövləti» və 1998-ci ildə Ankarada «Bütöv Azərbaycan yolunda» adlı əsərləri nəşr olunmuşdur.

90-cı illərdə geniş siyasi fəaliyyəti ilə Ə.Elçibəy Güney Azərbaycan məsələsini yenidən siyasi müstəviyə gətirmiş, Bütöv Azərbaycan Birliyi təşkilatını yaratmışdır.

XX yüzilin sonunda Azərbaycan türklərinin milli azadlıq mücadiləsinə liderlik edən Ə.Elçibəy 2000-ci ilin avqustunda vəfat etmiş, onunla vida mərasimi ümumxalq hüzn gününə çevrilmişdir. Onun adı və əməlləri əbədi olaraq Azərbaycan Xalq Cəbhəsi Partiyasının, Azərbaycan xalqının milli mücadilə tarixinə daxil olmuşdur.

Ə.Elçibəy siyasi məktəbinə daxil olan öncül Azərbaycan siyasətçiləri (Əli Kərimli, İsa Qəmbər, Pənah Hüseynli, Arif Hacıyev, Ramiz Rövşən, Vaqif Bayatlı Önər, Kamil Vəli Nərimanoğlu, Qulamhüseyn Əlibəyli, Fuad Mustafayev, Həsən Kərimli, İbrahim Vəliyev, Xaliq Bahadır, Rauf Arifoğlu, Nəsib Nəsibzadə, Nəriman Qasımoğlu, Novella Cəfəroğlu, Nüşabə Sadıqova, Almaz Əliqızı… ) Elçibəy ideyalarının daşıyıcılarıdır. Azərbayanda istiqlalın və demokrtiyanın simvolu və qarantı Elçibəy siyasi məktəbidir

Bookmark and Share

Şərhlər(1)
145 oxunma
Bölməsiz


Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha



© Bütün hüquqları qorunur və blogçuya məxsusdur - Dəstək: AzeriBlog